logo

"Facebook", "Instagram" və "WhatsApp"ın işində problem yaranıb

20:30 04-10-2021 | icon 1603
"Facebook", "Instagram" və "WhatsApp"ın işində problem yaranıb

Hazırda dünyanın bir sıra ölkələrdə "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinin işində problem yaranıb.

YeniAvropa "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb.

Problem ABŞ, Böyük Britaniya, həmçinin Kanada, Niderland, Almaniya, İtaliya, Fransa, Rusiya və s. ölkələrdə müşahidə olunur.

Eyni problem Azərbaycanda da yaşanır.