logo

İran səfiri Ermənistanı "dost və qardaş ölkə" adlandırıb

19:20 04-10-2021 | icon 448
İran səfiri Ermənistanı "dost və qardaş ölkə" adlandırıb

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə verdiyi açıqlamada Ermənistanı "qardaş və dost ölkə" adlandırıb.

YeniAvropa xəbər verir ki, bu barədə erməni KİV-ləri Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Danışıqlar zamanı tərəflər yeni regional təhdidləri müzakirə edib. İranın Çabahar limanının həm regional, həm də Ermənistan-İran iqtisadi əlaqələri kontekstində, xüsusən də Qərbi Zangezurun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Təhlükəsizlik Şurasının katibi və İran səfiri iki ölkənin Meqri azad iqtisadi zonası çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını və "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması layihəsini yüksək qiymətləndiriblər.

İranlı diplomat Tehranın "dost, qardaş Ermənistanla" əlaqələri ən yüksək səviyyədə inkişaf etdirmək üçün səy göstərəcəyini vurğulayıb.