Pakistan Azərbaycan üzərindən Avropaya yükdaşımalara başlayıb
Pakistan ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan və Avropaya yükdaşımalara başlayıb.
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) YeniAvropa-ya bildirilib ki, bu məqsədlə “National Logistics Cell” logistika şirkətinin nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində Pakistan nümayəndə heyəti ilə ABADA-da, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Assosiasiya rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın tranzit imkanları və Pakistana məxsus yük nəqliyyat vasitələrinin Azərbaycan üzərindən yerli prosedur qayadalarına uyğun keçidinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
“National Logistics Cell” logistika şirkətinin rəsmisi Faysal Zeşan Pakistanın yerli istehsalı olan mərmər, ipək, çəltik, tekstil kimi malların Avropada alıcılıq qabiliyyəti yüksək olduğundan bu məhsulların ixrac imkanları üzərində çalışdıqlarını deyib. Pakistana məxsus ilk sınaq yük partiyasının artıq Azərbaycan ərazisindən keçərək Türkiyəyə çatdığını qeyd olunub. Azərbaycana ilk sınaq yükləri isə oktyabrın 5-6-da çatacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Anar Rzayev iki ölkə arasında icazə mübadiləsinin vacibliyinə toxunub. Pakistanın “National Logistics Cell” logistika şirkətinin Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində bu daşımaları icra edə biləcəyi qeyd edilib.
ABADA-nın baş katibi Orxan Əfəndiyev İctimai Birlik olaraq “National Logistics Cell” logistika şirkətinə lazımi dəstəyin göstəriləcəyini bildirib.
Görüşdə yeni yaradılan Pakistan-Azərbaycan İqtisadi Palatasının iki ölkə arasında ixrac-idxal imkanlarına müsbət təsir edə biləcəyi vurğulanıb. Pakistana məxsus yüklərinin Azərbaycan daşıyıcıları vasitəsilə Avropaya daşınma imkanları da müzakirə olunub.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir