logo

İlham Əliyev Cəbrayıl şəhərində 960 yerlik məktəb binasının tikintisinə 0,5 milyon manat ayırdı

15:11 04-10-2021 | icon 1617
İlham Əliyev Cəbrayıl şəhərində 960 yerlik məktəb binasının tikintisinə 0,5 milyon manat ayırdı

Prezident İlham Əliyev oktyabrın 4-də "Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam  imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın".