logo

Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb

13:54 04-10-2021 | icon 1652
Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb. 

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərədaşlıq, bölgədə təhlükəsizliyin önəmi və birgə layihələrin uğurla həyata keçirilməsi müzakirə olunub.

Tərəflər hərbi təhsil sahəsində əməkdaşlığı və mövcud ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini də nəzərdən keçiriblər.