logo

Şəki xəstaxanasının baş həkimi paytaxtın Səhiyyə İdarəsinin rəisi oldu

12:59 04-10-2021 | icon 3325
Şəki xəstaxanasının baş həkimi paytaxtın Səhiyyə İdarəsinin rəisi oldu

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veyisova tutduğu vəzifədən azad edilib.

 YeniAvropa xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.

Z.Əliyevin digər əmri ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə Elçin Əmirov təyinat alıb. O, bu təyinatadək Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

O, bu gün kollektivə təqdim edilib.