logo

Kosovo–Çexiya matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək

12:02 04-10-2021 | icon 2681
Kosovo–Çexiya matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək

FIFA referisi Rauf Cabarov təyinat alıb.

 YeniAvropa  AFFA-ya istinadla xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Kosovo – Çexiya qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, Kosovo – Çexiya matçı oktyabrın 7-də təşkil olunacaq.