logo

Gürcüstanda “Eternity-2021” təlimi başlayıb

11:44 04-10-2021 | icon 1666
Gürcüstanda “Eternity-2021” təlimi başlayıb

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, nəzəri və praktiki hissədən ibarət təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlimə oktyabrın 8-də yekun vurulacaq.