logo

Bu gündən “Nobel həftəsi” başlayır

11:11 04-10-2021 | icon 1757
Bu gündən “Nobel həftəsi” başlayır

Bu gündən “Nobel həftəsi” başlayır.

AMEA-dan YeniAvropa-ya bildirilib ki, oktyabrın 4-dən başlayaraq 2021-ci il üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanacaq. İlk olaraq fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək.

Oktyabrın 5-də fizika, 6-da isə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 7-də bəlli olacaq. Oktyabrın 8-də sülh və nəhayət, oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Nobel mükafatları dekabrın 10-da, Stokholmda keçirilən rəsmi mərasimdə deyil, laureatların yaşadıqları ölkələrdə veriləcək.

Ətraflı məlumat. Nobel mükafatı saytından əldə etmək olar:

https://www.nobelprize.org/ceremonies/nobel-week-2021/