logo

Saakaşvili Gürcüstanda cəzasını tam olaraq çəkəcək-İrakli Qaribaşvili

20:54 03-10-2021 | icon 2051
Saakaşvili Gürcüstanda cəzasını tam olaraq çəkəcək-İrakli Qaribaşvili

Mixeil Saakaşvili Gürcüstanda cəzasını tam olaraq çəkəcək. Bunu mən tam məsuliyyətimlə bəyan edirəm.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində söyləyib. Onun sözlərinə görə, sabiq prezident Mixeil Saakaşvili məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, bu cəzanı çəkməlidir.

Hökumət başçısı deyib: “Əgər Saakaşvili yenidən Ukraynaya qayıtmaq istəyirsə, biz buna etiraz etmirik. Lakin o, cəzasını tam çəkdikdən sonra istənilən ölkəyə gedə bilər”.