logo

Vüsal Quliyev:Beynəlxalq ictimaiyyət Gəncə terroruna hüquqi qiymət verməlidir

19:18 03-10-2021 | icon 1435
Vüsal Quliyev:Beynəlxalq ictimaiyyət Gəncə terroruna hüquqi qiymət verməlidir

Qırx dörd günlük müharibə zamanı Ermənistanın bizim şəhərlərimizi, mülki əhalini raket atəşinə tutmasından bir il ötür. İlk hücum Gəncə şəhərinə olmuşdu. Bu gün Qeyri-Hökumət Təşkilatlarını bura gətirməkdə məqsədimiz hələ də bu faciəyə, terror aktına hüquqi qiymətin verilməməsidir.

 YeniAvropa xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin xatirəsini anmaq üçün dağılan əraziləri ziyarəti zamanı deyib.

“Biz çalışırıq ki, vətəndaş cəmiyyəti təşkilatları bu prosesdə fəal olsunlar. Onlar bu dağıntıları bir daha öz gözləri ilə görərək əlaqədə olduqları müxtəlif beynəlxalq təşkilatlara müraciət etsinlər. Burada təqribən Gəncədə fəaliyyət göstərən QHT-lərlə birgə 100-ə yaxın təşkilat iştirak edir. Onların böyük əksəriyyəti insan, uşaq, qadın hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlardır. Bu təşkilatların müraciəti də qəbul olunacaq. Ümumiyyətlə, bizim vətəndaş cəmiyyəti təşkilatları həm 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına, eyni zamanda da BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əməl edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edəcəklər”, - deyə V.Quliyev bildirib.