logo

Qeyri-Hökumət Təşkilatları Nizami Gəncəvinin məqbərəsini ziyarət edib

17:45 03-10-2021 | icon 1435
Qeyri-Hökumət Təşkilatları Nizami Gəncəvinin məqbərəsini ziyarət edib

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT nümayəndələrinin Nizami Gəncəvinin məqbərəsinə ziyarəti təşkil edilib.

 YeniAvropa xəbər verir ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə təşkil edilən ziyarət zamanı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və QHT nümayəndələri Nizami məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər. Burada dahi şairin zəngin ədəbi irsi barədə onlara ətraflı məlumat verilib.

Qeyd edək ki, prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu il ölkədə dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami Gəncəvi İli” elan olunub.