logo

QHT nümayəndələri Gəncə şəhərində səfərdədirlər

14:15 03-10-2021 | icon 1841
QHT nümayəndələri Gəncə şəhərində səfərdədirlər

Prezident Administrasiyasının rəsmilərinin müşayiəti ilə Azərbaycanda fəaliyyət göstərən QHT üzvlərindən ibarət 70 nəfərlik nümayəndə heyəti Gəncəyə səfər edib.

 YeniAvropa xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Vətən müharibəsində Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin xatirəsini anmaq üçün dağılan əraziləri ziyarət edib.

Səfər çərçivəsində Gəncənin Heydər Əliyev Mərkəzində yerli QHT nümayəndələrinin də iştirakı ilə konfrans keçiriləcək, Nizami Gəncəvinin məqbərəsi ziyarət olunacaq.