logo

Marneulinin meri azərbaycanlı seçildi

12:55 03-10-2021 | icon 1757
Marneulinin meri azərbaycanlı seçildi

Marneulidə keçirilən yerli özünüidarəetmə seçkilərində hakim “Gürcü Arzusu”nun namizədi Kənan Ömərov 68,01 faiz səs çoxluğu ilə qalib gəlib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumat yayıb.

Marneuli üzrə seçki məntəqələrində səslərin sayılması tamamlanıb və ilkin nəticələrə əsasən, hakim partiyanın namizədi minimum 50 faiz seçki baryerini keçərək ilk turdan qalib olub.

Hakim partiyanın həmçinin azərbaycanlıların yığcam yaşadığı Qardabani, Dmanisi və Bolnisi bələdiyyələrində də qalib gəldiyi bildirilir.