logo

"Qarabağ bülbülləri"nin keçmiş solisti İzahat Cəfərov vəfat edib

09:49 03-10-2021 | icon 1729
"Qarabağ bülbülləri"nin keçmiş solisti İzahat Cəfərov vəfat edib

"Qarabağ bülbülləri"nin keçmiş solisti İzahat Cəfərov vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə mərhumun qohumu Muradxan Hüseyn məlumat verib.

Xatırladaq ki,  "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri və yaradıcısı Murad Rzayev olub. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12 sənədli və bir sıra bədii filmlərdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb.

Kollektiv barədə 1977-ci ildə isə Xamis Muradovun rejissorluğu ilə sənədli film də çəkilib. Filmdə "Qarabağ bülbülləri"nin 4 üzvü: Tacir Şahmalıoğlu, İzahat Cəfərov, İlhamiz Paşayev, Nazim Zeynalov haqqında danışılır.