logo

ABŞ-da helikopter təyyarə ilə toqquşub, ölənlər var

21:52 02-10-2021 | icon 742
ABŞ-da helikopter təyyarə ilə toqquşub, ölənlər var

ABŞ-ın Arizona ştatında helikopterlə təyyarənin toqquşması nəticəsində 2 nəfər ölüb.

 YeniAvropa  "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "ABC15" telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Təyyarə və helikopter Çandler Hava Limanı yaxınlığında havada toqquşub. Toqquşmadan sonra helikopter qəzaya uğrayaraq yanıb və içərisində olan iki nəfər ölüb.