logo

Telman İsmayılov Monteneqroda saxlanılıb

20:48 02-10-2021 | icon 1918
Telman İsmayılov Monteneqroda saxlanılıb

Moskvadakı "Çerkizovski" bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  "TASS"informasiya agentliyi Monteneqronun "Viesti" portalına istinadla məlumat yayıb.

İlkin məlumata görə, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı "İnterpol" vasitəsilə həyata keçirilib.

Bu ilin iyun ayında Monteneqro polisi Podqoritsa bölgəsində beynəlxalq həbs qərarı çıxarılan iki xarici vətəndaşı axtardıqlarını bildirib. Onlardan biri iş adamı Telman İsmayılov olub.

2009-cu ildə direktoru olduğu Moskvanın ən böyük topdansatış mərkəzi sayılan "Çerkizovski" bazarının fəaliyyəti ilə bağlı müxtəlif şikayətlər alıb. Sanitariya orqanları orada çoxsaylı qanun pozuntuları aşkar etdikdən sonra bazar bağlanıb.

Rusiyada o, qətl və qanunsuz silah alverində ittiham olunur. Telman İsmayılovun Monteneqroda saxlanılması da Rusiyanın təqdim etdiyi order əsasında baş tutub.