logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 889 min nəfəri ötüb

18:18 02-10-2021 | icon 2821
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 889 min nəfəri ötüb

Oktyabrın 2-də Azərbaycanda 60 min 630 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15 min 293, ikinci mərhələ üzrə isə 45 min 337 nəfər olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 683 min 990, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 794 min 136, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 889 min 854 nəfər təşkil edir.