logo

Ankarada Türkiyə-Rusiya Dostluq Evi açılıb

17:12 02-10-2021 | icon 707
Ankarada Türkiyə-Rusiya Dostluq Evi açılıb

Ankarada Türkiyə-Rusiya Dostluq Evinin təntənəli açılış mərasimi keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Dostluq Evi Rusiya və Türkiyə xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı zənginləşməsinə verdiyi böyük töhfəyə görə Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə "Puşkin" medalı ilə təltif olunan Erol Uğurlunun təşəbbüsü ilə və onun vəsaiti hesabına açılıb.

Dostluq Evində Rusiya və digər MDB ölkələrindən olan rəssam və heykəltəraşların sənət əsərlərindən ibarət sərgi kompleksi yerləşdiriləcək.

Açılış mərasimində Türkiyə paytaxtının vitse-meri Bəkir Ödəmiş, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov, Belarusun Ankaradakı səfiri Viktor Rıbak və başqaları çıxış ediblər.