logo

Həbsxanaya görüşə gələn arvad ərinə tiryək gətirdi

16:14 02-10-2021 | icon 1673
Həbsxanaya görüşə gələn arvad ərinə tiryək gətirdi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 237.2.3-cü, 228.1-ci və 318.2-ci maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Zabil oğlu Əliyevin yanına uzunmüddətli görüşə gəlmiş arvadı Ağdam rayon sakini Vüsalə Taryel qızı Əliyevanın əl çantasına baxış keçirilən zaman ümumi çəkisi 0,549 qram olan narkotik maddə-tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.