logo

Hacıqabulda Səfərbərlik Xidmətinin əməkdaşı rüşvət alarkən həbs edilib

15:15 02-10-2021 | icon 1624
Hacıqabulda Səfərbərlik Xidmətinin əməkdaşı rüşvət alarkən həbs edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki,həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Rauf Həmidov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona həmin maddə ilə ittiham elan edilib və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.