logo

“Champions Chess Tour”: Teymur Rəcəbov dünya çempionuna qarşı

14:12 02-10-2021 | icon 1029
“Champions Chess Tour”: Teymur Rəcəbov dünya çempionuna qarşı

Oktyabrın 2-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçiriləcək.

 YeniAvropa xəbər verir ki, yeddinci turda Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşacaq. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə mübarizə aparacaq.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Hazırda təmsilçimiz T.Rəcəbov 18 xalla 3-cü sıradadır. Ş.Məmmədyarov isə 6,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinin lideri 28,5 xalla Maqnus Karlsendir.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.