logo

Saakaşvili Gücüstana çevriliş etmək üçün gəlib-“Gürcü arzusu”nun rəhbəri

13:53 02-10-2021 | icon 2072
Saakaşvili Gücüstana çevriliş etmək üçün gəlib-“Gürcü arzusu”nun rəhbəri

Gürcüstanın hakimiyyət orqanları sabiq prezident Mixeil Saakaşvilinin ölkəyə dövlət çevrilişi etmək, həmçinin iğtişaşlar törətmək məqsədilə gəldiyini bildirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu hakim “Gürcü arzusu” partiyasının rəhbəri, parlamentin sabiq spikeri İrakli Kobaxidze şənbə günü jurnalistlərə deyib.

“O Gürcüstana ona görə gəlib ki, dövlət çevrilişi həyata keçirsin və ölkədə iğtişaşlar törətsin. Buna görə də hüquq-mühafizə orqanları onun yeni cinayətlərinin qarşısını almaq üçün bütün tədbirləri görüb”, - deyə Kobaxidze bildirib.

O, əlavə edib ki, Saakaşvili ilə bağlı prosedurlar hüquq normalarına uyğun aparılacaq.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili dünən axşam Mixeil Saakaşvilinin saxlanıldığını bildirib.

Sabiq prezident Rustavi şəhərindəki həbsxanaya aparılıb.