logo

Zaqatalada Talaçaydan sel keçib

12:13 02-10-2021 | icon 1659
Zaqatalada Talaçaydan sel keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 2-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv olub.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, yağış nəticəsində saat 08:00-dan etibarən Talaçaydan (Zaqatala) sel keçir.

Düşən yağışın miqdarı Zaqatalada 24, Balakəndə 21, Lerikdə 18, Yardımlıda 17, Şəkidə 15, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 14, Oğuzda 12, Ağstafada 11, Lənkəranda 10, Qəbələ, Göygöldə 8, Xaltan, Altıağacda 7, Astarada 6, Ceyrançöl, Daşkəsəndə 5, Şəmkir, Mingəçevir, Göyçayda 3, Şabran, Ağdam, Nabranda 2, Qrız, Qusar, Qobustan, Şamaxı, Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Kürdəmirdə, Sumqayıt, Bakı, Maştağada 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsir, Naftalanda saniyədə 28, Salyanda 23, Gəncədə 20, Tərtərdə 18, Hacıqabulda 16 metrədək güclənib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti həftəsonunadək davam edəcək.