Vətən müharibəsinin xronikası: 2 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
YeniAvropa Vətən müharibəsinin xronikasını təqdim edir.
-Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Dövlət başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı, habelə münaqişə barədə sualları cavablandırıb.
-Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində uğurla davam etdirib. Ordumuz Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləyib. Ordumuz Murov dağı istiqamətində də əməliyyat şəraitini tam nəzarətə götürüb. Əməliyyatların gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.
-Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı ələ keçirilib.
-Düşmən ordusuna məxsus ondan çox texnika, o cümlədən “URAL” markalı hərbi maşınlarında silah-sursat, geyimlər, əsgər ləvazimatları aşkarlanıb. Texnikaların əksəriyyətiistifadəyə yararlıdır.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ