logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 844 min nəfəri ötüb

17:15 01-10-2021 | icon 3017
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 844 min nəfəri ötüb

Oktyabrın 1-də Azərbaycanda 68 min 732 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 121 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 623 min 360, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 778 min 843, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 844 min 517 nəfər təşkil edir.