logo

Vüqar Səfərlinin məhkəməsi təxirə salındı

15:51 01-10-2021 | icon 1792
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, eləcə də müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi  təxirə salınıb.

 YeniAvropa xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən N.Məmmədovun məhkəməyə gətirilməsi təmin edilməyib.

Məhkəməyə daxil olan məktubda qeyd olunub ki, N.Məmmədov İxtisaslaşdırılmış Müalicə müəssissəsinə köçürülüb. Bu səbəbdən proses qeyri-müəyyən günədək təxir salınıb. 

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.