logo

Oktyabrda aylıq yağıntının miqdarı  bəzi bölgələrdə normadan arıq olacaq

13:59 01-10-2021 | icon 1645
Oktyabrda aylıq yağıntının miqdarı  bəzi bölgələrdə normadan arıq olacaq

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 17-22°, bəzi günlərdə 25° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-40 millimetr) olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 8-13°, gündüzlər 18-23°, bəzi günlərdə 26-28° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 millimetr) olacağı ehtimalı var.

Şərqi Zəngəzur və Qarabağ bölgəsində havanın orta aylıq temperaturu 9-12° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 3-8°, gündüzlər 9-14° isti, dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 49-56 millimetr) olacaq.

Qazax-Gəncə zonasında havanın orta aylıq temperaturunun 14-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 9-14°, gündüzlər 16-21° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan (norma 31-61 millimetr) bir qədər çox olacağı gözlənilir.

Balakən-Şəki zonasında havanın orta aylıq temperaturu 11-14° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 5-10°, gündüzlər 13-18°, bəzi günlərdə 20° isti, dağlarda gecə 1-5° isti, bəzi günlərdə 2-6° şaxta, gündüz 5-8° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-126 millimetr) olacağı ehtimal edilir.

Mərkəzi Aran zonasında havanın orta aylıq temperaturunun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 17-22°, bəzi günlərdə 25° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 millimetr) olacağı proqnozlaşdırılır.

Lənkəran-Astara zonasında havanın orta aylıq temperaturu 11-16° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 10-15°, gündüz 17-22° isti, bəzi günlərdə 25° isti, dağlarda gecə 3-7°, gündüzlər 7-12° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 96-274 millimetr) olacağı gözlənilir.