logo

Sabah Bakıda arabir yağış yağacaq, 19° isti olacaq

12:55 01-10-2021 | icon 1533
Sabah Bakıda arabir yağış yağacaq, 19° isti olacaq

Azərbaycanda oktyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15°, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15°, gündüz 17-21° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 0-3° şaxta, gündüz 8-13° isti olacağı ehtimal edilir.