logo

Dənizdə 62 yaşlı qadının meyiti tapıldı

11:10 01-10-2021 | icon 497
Dənizdə 62 yaşlı qadının meyiti tapıldı

Astarada yaşlı qadının meyiti tapılıb.

YeniAvropa xəbər verir ki, Xəzər dənizinin rayonun Şahağacı kəndi ərazisindəki sahilində 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşovanın meyiti tapılıb.

Mərhumun ayaqqabılarının tapıldığı yerin yaxınlığında qohumları tərəfindən dənizdən çıxarılan meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.