logo

Azərbaycanda zəlzələ oldu

10:11 01-10-2021 | icon 1554
Azərbaycanda zəlzələ oldu

Oktyabrın 1-də Quba seysmoloji stansiyasından 6 kilometr qərbdə - Quba rayonunda zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:28-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,1-ə bərabər olub. Yeraltı təkanlar hiss olunmayıb.