logo

Bu gündən 117 mindən çox uşaq məktəbəhazırlıq qrupda dərsə başlayır

09:51 01-10-2021 | icon 7875
Bu gündən 117 mindən çox uşaq məktəbəhazırlıq qrupda dərsə başlayır

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən oktyabrın 1-də ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində əyani tədrisə başlanılır.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, 2021-2022-ci tədris ilində respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.