logo

ABŞ və İsrailin ölkəmizdəki səfirləri Qubaya səfər ediblər

23:15 30-09-2021 | icon 1218
ABŞ və İsrailin ölkəmizdəki səfirləri Qubaya səfər ediblər

Sentyabrın 30-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer və İsrailin ölkəmizdəki səfiri Corc Dik Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbəyə səfər edib.

YeniAvropa xəbər verir ki, "Dağ Yəhudiləri" muzeyinin direktoru İqor Şaulovun təşkil etdiyi tur çərçivəsində qonaqlara dağ yəhudilərinin mədəni irsi və tarixi ilə bağlı ətraflı məlumat verilib. Səfirlər mədəni irsin qorunması və turizmin daha da inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanlarını müzakirə ediblər.