logo

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə vəfat edib

21:51 30-09-2021 | icon 385
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə vəfat edib

Tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə müğənninun qohumları sosial şəbəkədə məlumat paylaşıblar. 

Qeyd edək ki, müğənni Səyyad Əlizadə  sentyabrın əvvəlində koronavirusa yoluxub.

O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada reanimasiya şöbəsində müalicə alıb. Vəziyyəti ağırlaşan müğənni son günlər EKMO cihazına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Müğənni 63 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!