logo

Ermənistanın keçmiş müdafiə naziri həbs olunub

20:50 30-09-2021 | icon 2324
Ermənistanın keçmiş müdafiə naziri həbs olunub

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub.

YeniAvropa Ermənistan mətbuatına istinadla xəbər verir ki, məhkəmə keçmiş nazirin iki aylıq həbsinə qərar verib.

Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.

Keçmiş müdafiə nazirinin Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanıldığı bildirilir.