logo

UEFA Konfrans Liqası: “Omoniya” - “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

19:49 30-09-2021 | icon 1211
UEFA Konfrans Liqası: “Omoniya” - “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda üz-üzə gələcək Kiprin “Omoniya” və Ağdamın “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, Nikosiyada oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu FIFA referisi Bobbi Maddenin rəhbərliyi ilə Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes, İbrahim Vadji, Tura Bayramov, Abbas Hüseynov və Kevin Medina meydana çıxacaqlar.

“Omoniya” klubunun ilk onbirliyində isə Fabiano, Paris Psaltis, Fotis Papulis, Tomaş Quboçan, Jordi Qomes, Yan Letsyaks, Fuad Bəşiru, Takis Zaxariu, Marinos Tsioni, Adam Lanq və Andronikos Kakulli yer alıblar.

Qeyd edək ki, “Qarabağ” meydana itkilərlə çıxacaq. Oyundan iki gün əvvəl əzələsi dartılan İsmayıl İbrahimli, zədədən sonra məşqlərə yenicə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyev, əməliyyat olunan Xayme Romero meydana çıxa bilməyəcəklər.

Meydan sahiblərinin heyətində isə Miks Diskerud və Yannis Kusulosun matçı buraxacaqları dəqiqləşib. Erik Boteakın durumu isə hələlik bəlli deyil.

“Qarabağ” birinci turda Bakıda “Bazel”, “Omoniya” isə Qazaxıstanda “Kayrat” ilə qolsuz heç-heçə edib. H qrupunun digər görüşündə “Bazel” komandası “Kayrat”ı qəbul edəcək.