logo

Azərbaycanda daha 774 nəfər koronavirus a yoluxub,12 nəfər ölüb

18:48 30-09-2021 | icon 2793
Azərbaycanda daha 774 nəfər koronavirus a yoluxub,12 nəfər ölüb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 774 yoluxma faktı qeydə alınıb, 1778 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 min 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 min 922 nəfər müalicə olunaraq sağalıb, 6 min 525 nəfər vəfat edib. Aktiv xəstə sayı 18 min 455 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 484, bu günə qədər isə ümumilikdə 4 milyon 859 min 15 test icra olunub.