logo

Mustafa Şentop: Bakının azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının nişanəsidir

20:35 15-09-2021 | icon 1729
Mustafa Şentop: Bakının azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının nişanəsidir

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə qardaş ölkənin parlament spikeri özünün rəsmi "Twitter" hesabında paylaşım edib. 

Təbrik mesajında deyilir: “Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını erməni və bolşevik işğalından azad etdi. Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olan bu hadisənin 103-cü ildönümü münasibətilə başda Nuru paşa olmaqla əziz şəhidlərimizi rəhmət və hörmətlə yad edirəm”.