logo

8 ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 17,4 milyon ton neft daşınıb

20:10 15-09-2021 | icon 2191
8 ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 17,4 milyon ton neft daşınıb

Yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 331,3 min ton neft nəql olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, nəqletmənin 74,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 8 ayda bu kəmərlə 17 milyon 434,8 min ton neft nəql edilib.

Cari ildə BTC ilə 2 milyon 213,5 min ton tranzit nefti də ötürülüb.