logo

Ərdoğan Bakının düşmən qüvvələrdən azad edilməsinin 103-cü ildönümünü təbrik etdi

19:46 15-09-2021 | icon 1561
Ərdoğan Bakının düşmən qüvvələrdən azad edilməsinin 103-cü ildönümünü təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə qardaş ölkə başçısının rəsmi "Twitter" hesabında paylaşım yerləşdirilib.

Təbrik mesajında deyilir: “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşanı və onun qəhrəman əsgərlərini ehtiramla yad edirəm.

Bütün Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm”.