logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 194 min nəfəri ötüb

18:58 15-09-2021 | icon 2940
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 194 min nəfəri ötüb

Sentyabrın 15-də Azərbaycanda 65 min 424 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 min 363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 61 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 745 min 851, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 551 min 501, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 194 min 350 nəfər təşkil edir.