logo

İlham Əliyev Meksika prezidentini təbrik etdi

16:46 15-09-2021 | icon 427
İlham Əliyev Meksika prezidentini təbrik etdi

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu ünvünlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident,

Ölkənizin müstəqilliyinin 200-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".