logo

Vaqif Sadıqov Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib

14:44 15-09-2021 | icon 1897
Vaqif Sadıqov Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib

Prezident İlham Əliyev sentyabrın 15-də Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilsin".