logo

YAP və AKP beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək

13:31 15-09-2021 | icon 1512
YAP və AKP beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək

Azərbaycan və Türkiyənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası (YAP) və Ədalət və İnkişaf Partiyası (AKP) arasında əlaqələr genişlənib.

YeniAvropa xəbər verir ki, bunu YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq iki partiya arasında əməkdaşlıq protokolu imzalanıb.

“Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb. Bizim fəaliyyət istiqamətlərimizin fəaliyyət kontorları müəyyən olunub. Hər iki partiya arasında işlər davam edəcək. Artıq partiyalar beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək”,-Tahir Budaqov bildirib.