logo

Əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat etdi

18:48 14-09-2021 | icon 1932
Əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat etdi

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş əməkdar artist Yaqub Zurufçu sentyabrın 14-də vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə  "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Məlumata əsasən, əməkdar artistin həyatını xilas etmək cəhdləri nəticə verməyib: “Yaqub Zurufçu bu gün təxminən saat 17 radələrində vəfat edib”.

Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.