logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 150 min nəfəri ötüb

18:34 14-09-2021 | icon 3115
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 150 min nəfəri ötüb

Sentyabrın 14-də Azərbaycanda 69 min 221 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 23, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 min 198 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 680 min 427, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 530 min 138, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 150 min 289 nəfər təşkil edir.