logo

Zakir Həsənov Hulusi Akarın dəvəti ilə Türkiyəyə  getdi

13:14 14-09-2021 | icon 6986
Zakir Həsənov Hulusi Akarın dəvəti ilə Türkiyəyə  getdi

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konyada keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.