logo

Bu gün BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır-Əsas mövzusu "Taliban"dır

09:44 14-09-2021 | icon 812
Bu gün BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır-Əsas mövzusu "Taliban"dır

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası başlayır.

YeniAvropa xəbər verir ki, ötən il yubiley sessiyasının açılışı COVİD-19 pandemiyası səbəbindən videoformatda keçib. Builki sessiyanın açılış mərasimində isə çoxlu sayda yüksək səviyyəli qonaqların iştirak edəcəyi gözlənilir.

Baş Assambleya sədrinin səlahiyyətlərini Maldiv adalarının xarici işlər naziri vəzifəsində çalışan Abdullah Şahid yerinə yetirəcək. Təhükəsizlik Şurasına isə bu aydan sədrlik İrlandiya keçib.

Sessiyanın əsas mövzusu “Taliban” hərəkatının nümayəndələrinin hakimiyyəti ələ keçirdikləri və artıq Nazirlər Kabinetinin qurulduğunu elan etdikləri Əfqanıstandakı vəziyyət olacaq. Ölkədə çətin humanitar vəziyyət yaranıb və inkişaf edir.

Sessiya çərçivəsində 21-27 sentyabr tarixlərində yüksək səviyyəli həftə müəyyən edilib və bu həftədə təşkil ediləcək tədbirlərdə 83 ölkənin lideri, 43 hökumət başçısı və 23 ölkənin xarici işlər nazirinin iştirakı gözlənilir.