logo

Avropa İttifaqı Paşinyan hökümətinə 2,6 milyard avro yardım edəcək

20:30 13-09-2021 | icon 1974
Avropa İttifaqı Paşinyan hökümətinə 2,6 milyard avro yardım edəcək

Avropa İttifaqı Ermənistana 2,6 milyard avro dəyərində yardım edəcək. 

YeniAvropa "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Yerevanda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşündə bildirilib. 

Nikol Paşinyan Aİ-nin yardımının istifadə istiqamətlər barədə qonaqla müzakirə aparıb.

Toivo Klaar öz növbəsində Avropa İttifaqının  bundan sonra da Ermənistana dəstək verəcəyini bildirib. 

Tərəflər Aİ-Ermənistam əməkdaşlığının müxtəlif istiqamətləri barədə müzakirələr aparıblar. 

Qarabağ məsələsinə gəlincə tərəflər danışıqların Minsk qrupu çərçivəsində bərpa edilməsinin vacibliyini bildiriblər. Görüşdə həmçinin, tərəflər regionda nəqliyyat komunikasiyasının açılması imkanlarını müzakirə ediblər.

Министр иностранных дел РА Арарат Мирзоян принял делегацию во главе со спецпредставителем ЕС по кризису на Южном Кавказе Тойво Клааром (13 сентября 2021). Еревaн