logo

Cəlilabadda gənc ana doğuş zamanı öldü

19:33 13-09-2021 | icon 8295
Cəlilabadda gənc ana doğuş zamanı öldü

Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.

Məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.

Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.